
Zəfər Günündən sonra Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində VS Energy Servis MMC də öz töhfəsini verən aparıcı şirkətlərdən biri kimi fəaliyyət göstərir. Şirkət regionun enerji infrastrukturunun yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirərək Qarabağın işıqlandırılmasında fəal iştirak edir. Bu uğurların təməlində isə şirkətin peşəkar və zəhmətkeş kollektivinin əməyi dayanır. Direktorundan başlayaraq mühəndislərinə, texniki işçilərinə və hətta gözətçisinə qədər hər bir əməkdaş görülən işlərdə böyük məsuliyyət və fədakarlıq nümayiş etdirir. VS Energy Servis MMC əsasən yarımstansiyaların qurulması, yüksək və aşağı gərginlikli elektrik xətlərinin çəkilməsi, yeraltı kabel sistemlərinin quraşdırılması, elektrik dirəkləri və dayaqlarının basdırılması kimi mühüm mühəndislik işlərini həyata keçirir. Şirkət tərəfindən görülən bu işlər bölgənin dayanıqlı enerji təminatının formalaşmasına mühüm töhfə verir. Müasir texnologiyaların tətbiqi və peşəkar yanaşma sayəsində layihələr yüksək keyfiyyətlə icra olunur. Qarabağda yeni yaşayış məntəqələrinin, müəssisələrin və sosial obyektlərin enerji ilə təmin edilməsində şirkətin xidmətləri xüsusi əhəmiyyət daşıyır. Bu gün regionun inkişafı və yenidən canlanması prosesində VS Energy Servis MMC-nin əməyini aydın şəkildə görmək mümkündür. Şirkət bundan sonra da Azərbaycanın enerji sektorunda etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirməyi qarşısına əsas məqsəd qoyur. vsenergy.az