Səyavuş Yusifov
Təsisçi
Səyavuş Gülşad oğlu Yusifov 1979-cu ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin nəzdində fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alıb.
1996-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr, 2000-2002-ci illərdə isə magistr təhsili alıb. İxtisası energetika mühəndisliyidir.
2001-2002-ci illərdə Barmek şirkətində mühəndis işləyib. 2002-2004-cü illərdə Azərbaycan Hərbi Hava Qüvvələrində zabit kimi xidmət edib. Hərbi xidmətdən sonra 2004-2007-ci illərdə “Barmek Azərbaycan” MMC-də sahə rəisi, 2007-2012-ci illərdə Bakıelektrikşəbəkədə müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildə “VS Enerji Servis” MMC-ni təsis edib.
Təltifləri: Azərbaycan Respublikasının Əməkdar mühəndisi, Dağıstan Respublikasının Əməkdar inşaatçısı, 2007-ci ildə “İqtisadiyyat və biznes” Milli premiyasının “İşgüzar nüfuz” nominasiyası üzrə laureatı.
Vəfadar Hacıyev
Təsisçi
Vəfadar Ehsan oğlu Hacıyev 1968-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə ADU-nun tarix fakültəsində təhsil alıb.
1985-1997-ci illərdə müxtəlif dövlət vəzifələrində çalışıb. 1997-2012-ci illərdə müxtəlif özəl şirkətlərdə fəaliyyət göstərib. 2011-ci ildə “VS Enerji Servis” MMC-ni təsis edib.