2011-ci ildən fəaliyyət göstəririk

info@vsenergy.az+994124648638

Qarabağda elektrik infrastrukturu yenidən qurulur

Qarabağda elektrik infrastrukturu yenidən qurulur

Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində elektrik infrastrukturunun yaradılması və yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. VS Enerji Servis şirkəti uzun müddətdir regionda enerji infrastrukturu layihələrinin icrasında iştirak edir. Şirkət elektrik şəbəkələrinin qurulması, yarımstansiya və podstansiyaların quraşdırılması, yeraltı və yerüstü elektrik xətlərinin çəkilməsi, eləcə də elektrik avadanlıqlarının quraşdırılması və texniki təminatı üzrə işlər həyata keçirir.

Hazırda Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırli kəndlərində ərazilərində elektrik təchizatı ilə bağlı əsas işlər tamamlanıb. Layihələr çərçivəsində podstansiyalar quraşdırılıb, yeraltı və yerüstü elektrik xətləri çəkilib, zəruri elektrik infrastrukturu yaradılıb. Görülən işlər kəndlərin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına xidmət edir.

Yeni elektrik şəbəkələrinin qurulması Qarabağda yaşayış məntəqələrinin, sosial obyektlərin və digər infrastrukturun fəaliyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. VS Enerji Servisin həyata keçirdiyi bu layihələr bölgədə müasir və dayanıqlı enerji infrastrukturunun formalaşdırılmasına töhfə verir.

Layihəniz söhbətdən başlayır

Tapşırığı təsvir edin və ya texniki tapşırığı göndərin. Növbəti addımı və tələb olunan işləri müəyyənləşdirməyə kömək edək.

Bizə zəng edin+994124648638Bizə yazıninfo@vsenergy.az
ÜnvanımızAZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Xırdalan-Binəqədi şossesi, 4-cü km, 3
WhatsApp-da əlaqə saxlayın
PDF, DOCX, XLSX · 10 MB-dək

Ulduzla işarələnmiş sahələr mütləqdir. Telefon və e-poçt ayrıca daxil edilməlidir.

Layihəni müzakirə edək WhatsApp-da yazın