
Bu gün, 20 oktyabr, Ölkəmizdə Energetiklər Günüdür.
Enerji müasir dünyanın inkişafını təmin edən, sənayenin, iqtisadiyyatın, texnologiyanın və gündəlik həyatımızın əsas dayaqlarından biridir. Ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında, iqtisadi potensialının gücləndirilməsində və regionların inkişafında energetiklərin əməyi əvəzsizdir.
Bu sahədə çalışan mütəxəssislərimiz illərdir öz bilikləri, peşəkarlıqları və fədakar əməkləri ilə Azərbaycanın inkişafına, enerji sisteminin dayanıqlılığına və insanların rifahına mühüm töhfələr verirlər.
VS Enerji Servis MMC də uzun illərdir enerji sahəsində fəaliyyət göstərərək ölkəmizin enerji infrastrukturunun inkişafına öz töhfəsini verməyə çalışır. Şirkətimiz üçün enerji sahəsində çalışmaq yalnız peşə fəaliyyəti deyil, həm də ölkəmizin inkişafına xidmət etmək, gələcəyin etibarlı enerji təminatına töhfə vermək məsuliyyətidir.
Bu əlamətdar gün münasibətilə bütün energetikləri, enerji sektorunda çalışan mütəxəssisləri və bu sahənin inkişafına əmək verən hər kəsi ürəkdən təbrik edirik!
Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, təhlükəsiz və uğurlu əmək fəaliyyəti arzulayırıq.
Enerjimiz gücümüz, əməyimiz gələcəyimizdir!
VS Enerji Servis MMC