
VS Enerji Servis şirkəti elektrik sahəsində həyata keçirdiyi işlərlə Qarabağ bölgəsinin enerji infrastrukturunun inkişafına töhfə verir. Şirkət tərəfindən istehsal olunan elektrik avadanlıqları bölgənin müxtəlif yaşayış məntəqələrində quraşdırılaraq istismara verilir. Hazırda Ağdamın bir çox kəndlərində də bu avadanlıqlardan istifadə olunur. Müasir texniki tələblərə uyğun hazırlanan elektrik qurğuları enerji təchizatının etibarlılığının təmin edilməsinə xidmət edir. VS Enerji Servis istehsal və quraşdırma işləri ilə Qarabağda bərpa və quruculuq prosesinə öz töhfəsini verir. Şirkət bölgənin elektrik təsərrüfatının inkişafı istiqamətində fəaliyyətini davam etdirir.